Batut gimnastikası üzrə Bakı birinciliyi keçiriləcək
07.02.2025 - 20:54

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni mövsümdə ilk yarışa start veriləcək.
Apasport.az xəbər verir ki, batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi keçiriləcək.
Fevral 14-15-də təşkil olunacaq yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Tamblinq üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, birinciliklər Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək.
- Vaqif Cavadov: "İndi də istefa verə bilərəm"
- "Qarabağ" "Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB
- Tamaş Petyo: "İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"
- Mən sənin yaşında olanda... - Messi və Ronaldo Yamalın kölgəsində
- Dünya Çempionatı oyunlarının keçiriləcəyi stadionlar açıqlanıb
0
0