Dünya Kubokunda yarımfinalçılar müəyyənləşdi
22.02.2025 - 12:59
Andrey Buylov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təsnifat yarışının qalibi olub.
Apasport.az xəbər verir ki, neytral bayraq altında mübarizə aparan batutçunun çıxışı hakimlər tərəfindən 63,320 xalla qiymətləndirilib.
Bu nəticə ona ikiqat Olimpiya çempionu, neytral gimnast İvan Litvinoviçi qabaqlayaraq birinci yeri tutmağa imkan verib.
Təsnifatdakı çıxışlarına əsasən, 16 idmançı yarımfinala yüksəlib.
Azərbaycan komandasında kişilər arasında ən yaxşı nəticəni 19-cu yeri tutan Nicat Mirzəyev göstərib.
- Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Bruno Fernandes: “Ona qarşı oynamaq möhtəşəm bir hissdir”
- Avropa Oyunları: Yığmamız yarışı ikinci pillədə bitirdi - SİYAHI
- “Reyms”in futbolçusu “Qarabağ”da - RƏSMİ
0
0