Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalənin beynəlxalq yarışlarda bitərəf statusda çıxış etməsinə icazə verməyib.
Apasport.az xəbər verir ki, qərarın səbəbi rusiyalı gimnastın siyasi tədbirlərdə iştirakı ilə bağlıdır.
Bildirilir ki, o, Rusiya yığmasının sabiq baş məşqçisi İrina Vinerlə birgə fotoda yer alıb, həmçinin Vətənin Müdafiəsi Gününə həsr olunmuş qala-konsertə qatılıb və Xüsusi Hərbi Əməliyyatla əlaqəli rəmzləri açıq şəkildə dəstəkləyib.
FIG-in qərarı dərhal qüvvəyə minib. Lalə Kramarenkonun bu qərara etiraz edərək İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiyi bildirilir.
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- “Çelsi”nin istədiyi müdafiəçilər
- "Borussiya"da bir dövrün sonu - Kapitan gəmisini tərk edir
- Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək