Gimnastımız Tokioda keçirilən dünya çempionatında çıxış edəcək
24.09.2024 - 14:35
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “Aeon Cup” klublararası dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
23 yaşlı idmançı turnirdə Belçika klubunu təmsil edəcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 26-29-da baş tutacaq.
- “Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU
- "Sabah" "Neftçi"ni məğlub etdi
- Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Əmrah Çəlikəl: "Futbolçularla danışıqlar davam edir" – MÜSAHİBƏ
0
0