Gimnastımız Türkiyədə gümüş medal qazanıb
23.03.2025 - 09:47
Azərbaycan gimnastı Nikita Smirnov Antalyada keçirilən idman gimnastikası üzrə Dünya kubokunda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, təmsilçimiz yarışın gümüş medalını qazanıb.
Nikita halqalarla çıxışda 14.267 xal toplayaraq fəxri kürsüdə yer almağı bacarıb. Qızıl medal Çin, bürünc isə Türkiyə gimnastına qısmət olub.
Qeyd edək ki, Smirnov mövsümün Kottbusda keçirilən ilk yarışında gümüş, az əvvəl Bakıdakı Dünya kubokunda isə qızıl medal qazanmışdı.
- Azərbaycan futbolunda ilk – “Neftçi” tarixə düşdü
- Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat alıb
- “Mançester Yunayted” və “Çelsi” məğlub oldu
- Qaltye müsəlmanlar əleyhinə fikirlərdə ittiham olunur
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
0
0