Gimnastlarımız “Aura Cup” turnirində
08.10.2024 - 18:24
Xorvatiyanın paytaxtı Zaqrebdə bədii gimnastika üzrə “Aura Cup” turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış oktyabrın 10-da start götürəcək.
Turnirə məşqçi Aysel Həsənovanın rəhbərliyi altında yollanan Azərbaycan millisinin iki gimnastı da mükafatlar üçün mübarizə aparacaq. Sofiya Məmmədova gənclərin yarışına qatılacaq.
Nur Sadıqova isə yeniyetmələrin mübarizəsində iştirak edəcək. Azərbaycan hakimi Vəfa Bəkərova turnirin ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirə oktyabrın 13-də yekun vurulacaq.
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- “Sabah” loqosunu yeniləyib - FOTO
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
- Millətlər Liqası: Türkiyə yığmasının rəqibi bəlli olub - YENİLƏNİB
- Premyer Liqa klubunda dörd vida
0
0