Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
24.03.2025 - 11:59
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.
Məlumata görə, Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər. Onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə
- Rəşad Sadıqov: "Bizə qarşı çox həssas qərarlar verilir" - VİDEO
- "Neftçi" Almaniya klubu ilə qarşılaşacaq
- "Zirə" gözlənilmədən məğlub oldu
0
0