Gimnastlarımız Özbəkistanda 5 medal qazanıblar
15.11.2024 - 17:14
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində 5 medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Miryusif Əhmədzadə (gimnastika atı), Nikita Simonov (halqa) və Aydın Əlizadə (halqa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlizadə həmçinin gimnastika atı ilə hərəkətdə gümüş medalı hesabına yazdırıb. Eyni hərəkətin icrasında Tixonov bürünc medalla kifayətlənib.
- Poçettino: “Çelsi”də potensial Lempard, Terri və Droqbalar var"
- Benzia oynadı, komandası bir xalla kifayətləndi
- Samir Abasov: "Hər şeyi açıq danışa bilmirəm" - VİDEO
- Elmar Baxşıyev: “Bu komanda nə Elmarın, nə də burdakı rəhbərliyindir”
- III MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurublar
0
0