Gimnastlarımızdan uğurlu çıxış - 4 final
28.06.2025 - 15:51
Polşanın Rjeşov şəhərində akrobatika üzrə Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışa uğurla start veriblər.
Təsnifat mərhələsindən sonra bütün təmsilçilərimiz finala yüksəliblər.
Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.
- "Bavariya" "Milan"ın 16 yaşlı forvardı ilə maraqlanır
- Prezident: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir“
- Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
- Rəşad Sadıqov: “Bunun səbəbini araşdıracağıq”
- “Misli.az”da virtual ani oyunların sayı ARTDI – Yeni oyunlar hansılardır?
0
0