Simonov Dünya kubokunun qalibi oldu
28.04.2025 - 22:25

İdman gimnastikası üzrə Dünya kuboku mərhələlərinin yekun nəticələri açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov halqalarla yarışda birinci olub.
Təmsilçimiz 6 mərhələnin yekununda ən yüksək bal toplayıb.
Dünya kubokunun Bakı mərhələsinin qalibi olan Simonov Kottbus, Osiek, Antalya və Qahirədə isə ikinci yeri tutub.
0
0