4 güləşçimiz mübarizəyə qoşulur
18.09.2025 - 09:58
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
- Rahid Əmirquliyev: "Qarabağ" hələ tam hazır deyil" - MÜSAHİBƏ
- "Liverpul" Niderland millisinin hücumçusunu transfer etdi - FOTO
- Çempionlar Liqası: Ən çox azarkeş “Qarabağ” – “Lex” matçında olub
- Merih Demiral qərar verib: Səudiyyə Ərəbistanında qalacaq
- Azərbaycan millisinin qapıçısı: "Yığma komandamız buna layiqdir"
0
0