Avropa çempionatı: Güləşçilərimiz son gündə qızıl üçün yarışacaqlar
13.04.2025 - 12:33
Avropa çempionatı: Güləşçilərimiz son gündə qızıl üçün yarışacaqlar

Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı bu gün başa çatır.

Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq.

Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq

Final
Nihat Məmmədli - Georgi Tibilov (Serbiya)

67 kq
Final
Həsrət Cəfərov - Abu Muslim Amayev (Bolqarıstan)

72 kq
Təsəlliverici görüş
Ülvü Qənizadə - Alen Mirzoyan (UWW)

82 kq
Final
Qurban Qurbanov - Erik Silvassi (Macarıstan)