
Yunan-Roma güləşi üzrə U20 Avropa çempionu Ayxan Cavadov Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib.
Apasport.az xəbər verir ki, gənc idmançı qarşıda start götürəcək dünya çempionatına hazırlıqdan bəhs edib.
– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən?
– Dünya cempionatına hazırlıq çox yaxşı gedir. Demək olar ki, təlim-məşq toplanışımız sona çatmaq üzrədir. Özümü yarışa tam hazır hiss edirəm.
– Ötən il U17 Avropa və dünya çempionu olmuşdun. Bu il də eyni nəticəni U20 yaş qrupunda təkrarlaya bilərsən. Bunun üçün nə lazımdır?
– Heç nə mümkünsüz deyil. Eyni nəticəni təkrarlaya bilərəm. Bunun üçün, sadəcə, inanmaq və sona kimi mübarizə aparmaq lazımdır.
– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?
– Hər bir rəqib seçilmiş və güclü idmançıdır. Amma fərqləndirməli olsaq, Asiya təmsilçilərini daha ciddi rəqib sayıram.
– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var?
– Hələ ki, 60 kq-da güləşməyi fikirləşirəm.
– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?
– Daha çox fiziki hazirlığı artırmağı fikirləşirəm.
– Güləşdə kumirin kimdir? Kimi özünə örnək götürürsən?
– Örnək götürüləsi çox idmançı var. Kumirim isə Olimpiya və ikiqat dünya çempionu Keniçiro Fumitadır.
- "Sumqayıt" "Qəbələ"ni belə məğlub etdi - VİDEO
- “Formula-2”: Verşurun bolidi yararsız hala düşdü
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
- Avropa Liqası: "Milan" "Roma"ya məğlub oldu - YENİLƏNİB
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”