Aprelin 15-dən 19-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17, eləcə də qadın güləşi üzrə U-15 və U-17 Azərbaycan birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, bu yarışlar ilk dəfə Astarada təşkil ediləcək.
Astara Olimpiya İdman Kompleksində baş tutacaq birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə, İran və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.
Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə U-17 yaş qrupunda qaliblər müəyyənləşəcək. Son yarış günündə isə qadın güləşi üzrə U-15 və U-17 yaş qrupunda çempionlar məlum olacaq.
Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
- Klublar yanvarda transferə nə qədər xərcləyib?
- Millimizin üzvü komandasını tərk edib - RƏSMİ
- Qeyri-adi dünya çempionatları - “Daş, kağız, qayçı”, “Kvadrat”...
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD