Bakıda güləş üzrə Avropa çempionatı start götürür
20.05.2024 - 09:39
Bu gün Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Azərbaycan təmsilçilərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Həsən Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
Turnir saat 10:30-da başlayacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 24-də yekunlaşacaq.
- Şəkidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- “Braqa”nın baş məşqçisi "Spartak"a keçir? - Agenti açıqladı
- Ayxan Abbasov: "Çempionatda ən vacib qələbələrdən birini qazandıq"
- Adil Şükürov: "Hakimlik haqda çox danışmağa dəyməz"
- Millinin baş məşqçisi: “Daha yaxşı nəticə üçün mübarizə aparacağıq”
0
0