Dünya çempionatında növbəti medal
23.08.2025 - 19:58
Dünya çempionatında növbəti medal

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti mükafatçılar bəlli olub.

67 kq çəki dərəcəsində Fəraim Mustafayev bürünc uğrunda Takaku Suzuki (Yaponiya) ilə qarşılaşıb. 5:4 hesabı ilə güclü olan güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb. 

Qeyd edək ki, yunan-Roma güləş yığmamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.