Eldəniz Əzizli üçün DÇ-də bürünc medal şansı
18.09.2025 - 19:42
Eldəniz Əzizli üçün DÇ-də bürünc medal şansı

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizəyə start verilib.

Eldəniz Əzizli (55 kq) hindistanlı Anil Mora tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlib. Titullu güləşçimiz amerikalı Ceyden Raneyə də şans tanımayıb – 5:1. Milli komandanın kapitanı yarımfinalda iranlı Payam Balutakiyə 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Sənan Süleymanov (77 kq) isveçli Per Olofssona 5:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib. Həmyerlimiz çinli Çunyanq Panı isə vaxtından əvvəl (8:0) mübarizədən kənarlaşdırıb. Sənan Süleymanov 1/4 finalda iranlı Alireza Abdevaliyə 1:3 hesabıyla məğlub olub.

Qurban Qurbanov qətərli Şahin Badağimofradı ilk xal prinsipinə əsasən (1:1) üstələsə də, 1/4 finalda yaponiyalı Taizo Yoşidaya uduzub – 8:9.

Beka Kandelaki təsnifat mərhələsində ermənistanlı Razmik Kurdyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.