Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, ənənəvi yarışda U20 yaş qrupu üzrə millinin bir neçə üzvü iştirak edib.
Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq), Elmin Əliyev (82 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mübarizə aparıb.
U17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstan Tata şəhərinə yollanıb. Belə ki, təmsilçilərimiz aprelin 27-dən mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıb.
- Azərbaycan millisinin Avropa çempionluğu münasibətilə konset keçirildi - FOTOLENT
- TFF açıqladı: "Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi
- Premyer Liqada yeni mövsümün topu təqdim olunub - FOTO
- “Kocaelispor”un baş məşqçisi: "Ramilin fiziki hazırlığı tam deyil"
- Aquero: "Ronaldonun əla karyerası olub, ancaq Messi..."