Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.
Apasport.az xəbər verir ki, yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.
İlk "3-lük"də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.
İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi yanvarın 7-də, saat 17:00-da baş tutacaq.
- Ölkə çempionatı: 1/8 final mərhələsinin ilk partiyaları keçirilib - FOTO
- “Zirə” ardıcıl 5-ci qələbəsini qazandı
- Merih Demiral qərar verib: Səudiyyə Ərəbistanında qalacaq
- "Arsenal" braziliyalı futbolçusu ilə 2027-ci ilədək müqavilə bağladı
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub