Güləşçimiz Avropa çempionu olub
10.04.2025 - 01:20
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qızıl medalına sahib çıxıb.
Apasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.
Bu, millimizin yarışdakı ilk qızıl medalı olub.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.
- Ramos “Neftçi”dəki həmyerlisini təriflədi: “Mudo onu yaxşı bacarır”
- "Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD
- “Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib
- “Real” El-Klassikonu qazandı
0
0