Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.
Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, medal uğrunda görüşlər bu gün keçiriləcək.
- Qeyri-adi dünya çempionatları - “Daş, kağız, qayçı”, “Kvadrat”...
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
- Bundesliqa: Autsayder səfərdən 1 xalla qayıdıb
- Manuel Noyer: Almaniya Futbolunun Əfsanəsi
- Amanda: “Eybəcər kişi ilə ailə həyatı qurmamışdım”