Güləşçimiz dünya üçüncüsü oldu
18.08.2026 - 21:06
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.
Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.
- “Ferensvaroş”un futbolçusu: "Qarabağ" itkilərlə də çox yaxşı komandadır"
- I Liqa: VI tura start verilib
- Bəhlulun “Qarabağ”dakı gələcəyi - Özəl
- Voyislav Stankoviç: "Neftçi"nin "Beşiktaş”la görüşdə "come back" etmək şansı...” - MÜSAHİBƏ
- Ruy Jorje ilk sınaqdan qalib ayrıldı: Millimiz Pakistanı məğlub etdi - YENİLƏNİB
0
0