Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
15.07.2024 - 17:57
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adlarını açıqlayıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 15 idmançının yer aldığı siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) da var. 21 yaşlı pəhləvan 13-cü pillədə qərarlaşıb. Siyahıya Şimali Koreyadan olan qadın güləşçi Sol Qum Pak (18 yaş) başçılıq edir.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Paris Olimpiadasına ümumilikdə 12 lisenziya qazanıblar.
- Çimərlik voleybolçularımız Türkiyəyə yollanıb
- "Az qələbə qazanaq, öz oyunumuzla qazanaq" - Qurban Qurbanov
- PIN Travel şirkəti xəyallarınızı pinləməyə gəlir!
- Dünya çempionatında iştirak edəcək ultramarafonçumuz müəyyənləşib
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
0
0