Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 millisinin 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib çıxıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.
- Regekampf: "Bu gün bizim günümüz də deyildi" - MÜSAHİBƏ
- Kirill Dudnik: “Azərbaycanın oyununda qol sayına mərc etmək olar”
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzaladı
- İngilis futbolçu Premyer Liqada klubunu dəyişə bilər