İki güləşçimiz Macarıstanda gümüş medal qazanıb
18.07.2025 - 11:03
Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə millinin 3 üzvü xalçaya çıxıb.
Onlardan ikisi - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.
Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.
- Xviça qol vurdu, "Napoli" yenə qələbə qazandı
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- "Sabah" və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi
- Messi yeni müqavilə üçün ŞƏRTLƏRİ
- “Liverpul”un favorit göstərilməsi “Real”ın lehinə işləyəcək
0
0