Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda İran təmsilçisi Əli Mürtəza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Salmanov bundan əvvəl 1/8 final mərhələsində Hindistan güləşçisi Avinaş Çetakeni də eyni hesabla (6:1) üstələmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- AMADA 7 - 13 apreli “Ədalətli idman həftəsi” elan edib
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb
- DÇ-2026: Xorvatiya - Qana: Heyətlər
- "Fənərbaxça" braziliyalı ilə yollarını ayırdı