Paris Yay Olimpiya Oyunlarında mübarizə aparan güləşçimiz Sənan Süleymanov bürünc medal uğrunda görüşə çıxıb.
Apasport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançımızın buradakı rəqibi qırğızıstanlı Akjol Mahmudov olub.
Rəqibinə məğlub olan (5:6) güləşçimiz Olimpiadanı medalsız başa vurub.
***
17:17
Yunan-Roma güləşçimız Sənan Süleymanovun Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Apasport.az verir ki, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.
Süleymanov bürünc mükafat uğrunda Qırğızıstanlı Akjol Mahmudovla qarşılaşacaq.
Mahmudov təsəlliverici dueldə kolumbiyalı Jair Kueronu 11:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
- "Qalatasaray" - "Fənərbaxça" matçını əcnəbi hakim idarə edəcək?
- Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb
- Şahin Diniyev: “Nolub ki, Kimsə ölüb? Futboldur da” - MÜSAHİBƏ
- AVF hakimlər üçün seminar təşkil edib
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ