Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.
Apasport.az xəbər verir ki, ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətlənib. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
- Qurban Qurbanov: “Bu barədə heç düşünməmişik”
- III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO
- Emin Mahmudov: "Komanda olaraq oyuna hazırıq"
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”
- “Qarabağ”ın rəqibi 6 milyon avroya futbolçu alır