Təmsilçilərimizdən 4 medal
19.04.2026 - 22:46
Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc mükafat qazanıb.
Qadın güləşində isə ölkəmizi təmsil edən Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vurub.
- "Dinamo"nun məşqçisi: “Mahir işləməli və gözləməlidir” - MÜSAHİBƏ
- Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Yuventus” “Şaxtyor”un futbolçusuna “elçi” düşüb
- Bakıda keçirilən fiqurlu konkisürmə Qran-prisində fransalı cütlük qalib gəlib - FOTO
0
0