U-17 DÇ: Daha 5 güləşçisimiz xalçaya çıxacaq
30.07.2026 - 10:15
U-17 DÇ: Daha 5 güləşçisimiz xalçaya çıxacaq

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında bu gün yarışın dördüncü gününün qarşılaşmaları baş tutacaq.

Apasport.az xəbər verir ki, qadın güləşi üzrə Azərbaycanın daha 5 idmançısı mübarizəyə qoşulacaq.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək. Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) yarışa 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan başlayacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi indiyədək dünya çempionatında 6 medal qazanıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar. Turnir avqustun 2-dək Milli Gimnastika Arenasında davam edəcək.