Yunan-Roma güləşçilərimız 3 medal qazanıb
14.05.2024 - 20:23
Mayın 11-13-də Rusiyanın Kaspiysk şəhərində gənc (U-20) yunan-Roma güləşçiləri arasında Surakat Asiyatilov Memorialı keçirilib.
Apasport.az xəbər ki, Azərbaycan güləşçiləri ənənəvi turniri 3 medalla başa vurublar.
Yarışda məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında çıxış edən komandanın heyətində Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.
Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.
Qeyd edək ki, Surakat Asiyatilov Memorialında 7 ölkədən 190 güləşçi mübarizə aparıb.
- Bədii gimnastika komandamızdan Dünya Kubokunda növbəti medal
- Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş "Media turniri-5" başa çatıb
- "Turan Tovuz" “Qarabağ”a uduzdu - YENİLƏNİB
- Bakı klubu onun transfer hüququna sahib çıxmaq istəyir
- Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə
0
0