Azərbaycan çempionatında 19-cu turun proqramı bəlli olub
03.05.2024 - 12:59
Kişi həndbolçular arasında 30-cu Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb.
Apasport.az xəbər verir ki, oyunlar mayın 4-də baş tutacaq.
Çempionluq yolunda inamla addımlayan “Kür” saat 14:00-da “Azəryol”la üz-üzə gələcək. Yarışı mükafatla başa vurmaq istəyən “Qarabağ” isə saat 16:00-da çempionluq iddiasını davam etdirən “Bakı” ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçiriləcək.
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- Konfrans Liqası: “Samsunspor” və “Fiorentina”dan qələbə - YENİLƏNİB
- "Sabah" və "Zirə"nin KL oyunlarının vaxtı açıqlandı
- La Liqa klubu "Fənərbaxça"ya 10 milyon təklif edəcək
- "Napoli"dən qələbə: 2-ci yerə yüksəldilər
0
0