Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
19.12.2025 - 16:51
Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.
Apasport.az xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.
O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.
İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.
- İngiltərə Premyer Liqasının statistikası – ALT, yoxsa ÜST?
- Azərbaycanlı hakimin adı Ginnes Rekordlar kitabına daxil edilib
- "Liverpul" və "Mançester Yunayted" braziliyalı uğrunda mübarizə aparır
- Çexiya millisinin Azərbaycanla oyunlar üçün heyəti bəlli olub
- "Qarabağ" rəsmisi UEFA-nın iclasında iştirak edib
0
0