Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirin ilk turunun oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, üç ölkənin kişilərdən ibarət altı komandasının iştirak edəcəyi yarışa “Kür” (Azərbaycan) - “Astana” (Qazaxıstan) matçı ilə start veriləcək.
Açılış oyunu saat 13:00-da olacaq. Saat 15:00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək. Saat 16:00-da isə Qazaxıstan millisi ilə “Bakı” (Azərbaycan) komandası meydana çıxacaq.
Qeyd edək ki, “AHF Arena”da təşkil olunacaq turnir sabah start götürəcək və sentyabrın 3-də başa çatacaq.
- Azərbaycan çempionatının qalib və mükafatçıları üçün master-klass
- Bundesliqa: Autsayderdən səfərdə qələbə
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- Adil Şükürov: “Qarabağ” öz oyununu göstərməlidir” - MÜSAHİBƏ
- “İnter”dən Hakana xəbərdarlıq: “Bu tarixə qədər qərar ver”