2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, Cəlilabad Olimpiya Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları mübarizə aparıblar.
Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edən "Cəlilabad" komandasının qələbəsi ilə nəticələnib. İlk iki pillədə qərarlaşan komandalar ölkə birinciliyinə qatılmaq hüququ əldə ediblər.
Qeyd edək ki, Qərb bölgəsini təmsil edən komandalar arasında yarışın qalibi Mingəçevir həndbolçuları olublar.
- Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB
- "Neftçi" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinə start veriləcək
- "Arsenal" derbini qazandı və "Siti" ilə xalq fərqini 8-ə çatdırdı
- Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma imzalanıb