
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidentinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında Kirsti Koventri (Zimbabve) qurumun rəhbəri seçilib.
O, komitəyə rəhbərlik edəcək ilk qadın olacaq. Koventri növbəti 4 ildə təşkilata rəhbərlik edəcək. Kirsti Afina-2024 Olimpiadasının üzügüçülük yarışlarında qızıl medal qazanıb.
Zimbabveli mütəxəssis bu vəzifədə Tomas Baxı əvəzləyəcək. Koventri vəzifəsinin icrasına iyunun 24-də başlayacaq.
Qeyd edək ki, BOK rəhbəri vəzifəsinə onunla yanaşı Faisal bin Hussein (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), oğul Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lappartien (Fransa) və Morinari Vatanabe (Yaponiya) yarışıb.
- Ancelkoviç: “Neftçi” böyük klubdur, Bakıda komandada oynayacağımı zaman göstərəcək” - MÜSAHİBƏ
- Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
- Bakıda keçiriləcək dünya çempionatında hakimlər üçün yenilik
- Futbolçu infarkt keçirdi, oyun yarıda qaldı
- Krunoslav Renduliç: "Qələbəyə layiq idik"