Futbol üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub.
Apasport.az xəbər verir ki, 12 qrupda 48 komanda mübarizə aparacaq.
Keçirilən pley-off görüşlərindən sonra Bosniya və Herseqovina, İsveç, Türkiyə, Çexiya, İraq və Konqo DR mundiala vəsiqə qazanıb.
Komandalar turnirdə aşağıdakı qruplarda mübarizə aparacaq.
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.