Azərbaycan avarçəkəni Diana Dımçenko Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və “beach sprint” üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından apasport.az-a verilən məlumata görə, milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb və yekunda 6-cı yeri tutub.
- “Srvena Zvezda”nın sabiq hücumçusu “Neftçi”nin maraq dairəsində
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Millimizin baş məşqçisi: "Evdə heç olmasa qol vurmuşduq"
- “Araz” Yevlax səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə