Azərbaycan avarçəkənləri “Prezident Kuboku 2024”-də növbəti medalı qazanıblar
03.05.2024 - 10:53

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.
Apasport.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turnirin 3-cü günündə İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.
Bununla da Azərbaycanın qazandığı medalların sayı 5-ə çatıb.
Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.
- Daha 3 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayacaq
- “Azərreyl” 1/16 finalda! – YENİLƏNİB
- AFFA rəsmisi "Yuventus"un oyununa təyinat alıb
- Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
- “Vize”nin futbolçusu: “Qarabağ”ın "Gent"i keçmək üçün çox yaxşı şansı var” - MÜSAHİBƏ
0
0