Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
Sentyabrın 28-də saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.
- ÇL: "Qarabağ" rəqiblərdən top almağa görə ilk üçlükdə yer alıb
- "Brann" - "Fənərbaxça" matçı bu kanalda
- Paris-2024: Dron skandalı - Baş məşqçi işindən oldu
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Branson şou göstərdi – “Nyu-York” finala qələbə ilə başladı