Füzulidə "Mingəçevir reqatası-2024” iştirakçılarının rəsmi paradı olub
17.10.2024 - 11:38
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub.
Apasport.az xəbər verir ki, tədbir Füzulidə baş tutub.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə yekunlaşacaq.
- "Mançester Siti" "Bavariya"nın ulduzunu İSTƏYİR
- Hacı Əliyevin rəqiblərindən biri dəyişib
- Rövnəq Abdullayevin səhhətində problem yarandı - İcraiyyə Komitəsinin iclası təxirə salındı
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"
- Cüdoçumuzdan Çin Qran-Prisində bürünc medal
0
0