
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir təşkil olunacaq.
Apasport.az xəbər verir ki, tədbir aprelin 28-də saat 11:00-da Köndələnçay su anbarında baş tutacaq.
Proqramda peşəkar avarçəkənlərin nümunəvi çıxışları təqdim ediləcək. Eyni zamanda, uşaqlar və yeniyetmələr üçün maraqlı viktorinalar təşkil olunacaq. Ziyarətçilər avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı əldə edəcəklər.
“Gəl, bax, öyrən və əylən!” şüarı ilə keçiriləcək tədbir ziyarətçilərə həm idman ruhunu yaşadacaq, həm də əyləncəli anlar bəxş edəcək.