İdmançımız Avropa çempionatında bürünc medal qazanıb
07.07.2025 - 09:52
Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, kanoe qayığında mübarizə aparan Azərbaycan təmsilçisi Tatyana Smilovenko üçüncü yer tutub.
Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə bir nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Smilovenko Avropa çempionatının bürünc mükafatçısı olub.
- AFFA-nın əməkdaşı İsveçrədə beynəlxalq seminarda iştirak edib
- "Fənər"in futbolçusu ərəblərin radarında
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- "Mançester Yunayted"in yarımmüdafiəçisi zədələnib
- Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlanıb
0
0