Noyabr 23-24-də Belçikanın Antiverpen şəhərində fullkontakt kyokuşin karate üzrə 2-ci Avropa kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışa 8 idmançı ilə yollanıb.
Karateçilərimiz beynəlxalq turnirdə Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev yarışda ədaləti qoruyacaq. Nümayəndə heyətimizə AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov başçılıq edəcək.
Qeyd edək ki, Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaqlar.
- Fərid Qayıbov: "Hamımız "Qarabağ"dan qələbə gözləyirik" - VİDEO
- Türk futbolçu karyerasını “Benfika”da davam etdirə bilər
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- "Qalatasaray" Muslera ilə prinsipial razılıq əldə edib
- Cüdoçumuz dünya sıralamasında yerini qoruyub