Azərbaycan karateçiləri Parisə yollanıblar
15.10.2025 - 14:46
Karate üzrə milli komandamızın üzvləri 17-19 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər.
Apasport.az xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.
Milli komandamıza Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamov rəhbərlik edəcəklər.
Qeyd edək ki, seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
- A Seriyası: “Komo” qalib gəldi, “Yuventus” xal itirdi
- Ayxan Abbasov: "Əsas məqsədimiz Premyer Liqada qalmaq olacaq" - Müsahibə
- DÇ-2022 ilə bağlı yenilik: Paltardəyişmə otaqlarından yayım
- Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"
0
0