Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan komandası Avropa çempionatında iştirak edir.
Apasport.az xəbər verir ki, yarış Soveniyanın Podçetrtek şəhərində start götürüb.
Millimiz turnirdə 4 kateqoriya üzrə qüvvəsini sınayacaq. Uşaqlar arasında Yusif Mustafazadə, Mövlan Məmmədli, Mənsumə Məmmədli, yeniyetmələr arasında Leyla Mahmudlu, Rəşidə Qafarlı, gənclər arasında İsmayıl İbrahimli, Mehti Abdullayev, Şəhriyar Behbudzadə, Tahir Ələkbərov, böyüklər arasında isə Vahid Həsənov, Kamran Heydərzadə qələbə uğrunda yarışacaqlar.
Komandamız yarışa Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və vitse-prezident Aqil Soltanovun rəhbərliyi altında yollanıblar.
Qeyd edək ki, Avropa çempionatına mayın 19-da yekun vurulacaq.
- Addım-addım 1-ci Liqaya: “Kəpəz”dən ardıcıl 6-cı məğlubiyyət - YENİLƏNİB
- Abbas Hüseynov: "Kişi və idman xarakterin oldusa..."
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- Ederson “Fənərbaxça” yolunda: İstanbula yola düşüb
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə