Karateçilərimiz 52-ci Avropa çempionatında iştirak edəcəklər
05.02.2025 - 11:33
Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, 28 nəfərdən ibarət heyət baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Rənad Əliyev turnirdə hakim qismində çıxış edəcəklər.
Qeyd edək ki, fevralın 7-də start götürəcək Avropa çempionatı üç gün davam edəcək.
- “Roma” Dibalaya alternativ tapıb
- Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
- Millimizin üzvü: "Parisdə arxayınlaşmaq olmaz"
- "Turan Tovuz" legioneri ilə müqavilənin müddətini uzadıb
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
0
0