Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, 3 gün davam edən yarışda karateçilərimiz 3 medal qazanıblar.
Azərbaycan millisi 1 gümüş, 2 bürünc medal əldə edib. Yığmamızın üzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş mükafata, Vüsal Qənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kq) bürünc medallara yiyələnib.
Qeyd edək ki, komamdamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
- Ruslan Qurbanov: "Samir Abasov asanlıqla təslim olmayacaq"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- “Kəpəz”dən ilk, “Qarabağ”dan darmadağın - YENİLƏNİB
- "Yuventus" Poqbanı yola sala bilər - SƏBƏB