Karateçilərimiz Xorvatiyada iki bürünc medal qazanıblar - FOTO
29.06.2025 - 23:33

Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, Gülay Orucova 16-17 yaş qrupunda -59 kq çəki dərəcəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.
Qeyd edək ki, hər iki karateçimizin şəxsi məşqçisi Sənan Cəfərovdur.
0
0