A Seriyası: Lider 3 xalı 6 qolla qazandı
28.10.2026 - 01:46
A Seriyası: Lider 3 xalı 6 qolla qazandı

İtaliya A Seriyasında IX tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Latsio” səfərdə “Sassuolo” ilə üz-üzə gəlib. 8 qolun vurulduğu matçda qonaqlar 6:2 hesablı qələbə qazanıb.

“Roma” doğma meydanda “Kalyari”ni qəbul edib. “Canavarlar” rəqibini 4:2 hesabı ilə məğlub edib.

“Komo” isə səfərdə “Torino”dan üstün olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Latsio” 25 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 22 xal olan “İnter” ikinci, 21 xala malik “Roma” isə üçüncü pillədə qərarlaşıb.